BDU-nun 10 tələbəsi Türkiyədə olub

bdu-nun-10-telebesi-turkiyede-olub
Oxunma sayı: 1222


“Qafqazinfo”ya daxil olan məlumata görə, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı proqram Koordinasiya ofisinin (TİKA) və Bakı Dövlət Universitetinin birgə layihəsi çərçivəsində baş tutan səfər zamanı tələbələr TİKA, TRT, Anadolu Agentliyi, Başnazirlik, Mətbuat Nəşriyyat İnformasiya Baş İdarəsi, Qazi Universitetinin jurnalistika fakültəsi və bəzi media qurumlarında bir həftəlik təlim-təcrübə proqramında iştirak edəcəklər. BDU-nun rektoru, akademik Abel Məhərrəmov səfər öncəsi tələbələri qəbul edərək onlara uğurlar arzulayıb. Rektor bildirib ki, ötən ilin mart ayında  TİKA əməkdaşları – koordinator Mustafa Haşim Polat və koordinator müavini İsmail Gürlek ilə görüşü zamanı Jurnalistika fakültəsinin infrastrukturunun və tədris proqramlarının yenilənməsi məqsədilə bəzi məsələlər müzakirə edilib, tələbələrin qardaş ölkənin media qurumlarında təcrübə keçmələri müzakirə edilib.