BDU-nun jurnalistikada oxuyan tələbələrindən- - "Tələbədən tələbəyə-2"

bdu-nun-jurnalistikada-oxuyan-telebelerinden-
Oxunma sayı: 1443


“Tələbədən tələbəyə″ layihəsinə qəbul olunacaq şəxslərə xəbər yazma, redaktə, fotojurnalistika, montaj, radio verilişlərin hazırlanması, sosial media marketinqi, bloq dərsləri keçiriləcək. Fevral-may aylarını əhatə edəcək təcrübə proqramı təqdimat və praktika hissələrindən ibarət olacaq. Seçilənlər təcrübəli tələbə jurnalistlərdən həm dərslər alacaqlar, həm də öyrəndiklərini həyata keçirib təcrübə qazanacaqlar. İştirakçılar praktik hissədə xəbər yazmaq, redaktə etmək, foto və video çəkmək, video montaj, kameramanlıq, hazırladıqları materialı sosial şəbəkələrdə yaymağı öyrənəcəklər."Tələbədən tələbəyə" layihəsini bitirən şəxslərə sertifikatlar təqdim olunacaq.

Arzu edən şəxslər CV-lərini qeyd etdiyimiz linkdə fevral ayının 6-sına qədər doldura bilərlər. CV göndərənlər arasından seçilən şəxslər müsahibədə iştirak etmək üçün dəvət olunacaqlar.