Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Mineralogiya və geokimya kafedrasının müdiri, professor Məmməd Çıraqov dünyasını dəyişib.
Bu barədə “Qafqazinfo”ya Bakı Dövlət Universitetindən məlumat verilib.
Geologiya-mineralogiya elmləri doktoru olan 84 yaşlı alim yeni quruluşların açılması, müqayisəli kristallokimya üsulunun yaranması və onun əsasında mineralların və qeyri-üzvi birləşmələrin modelləşdirilməsi, kalsium silikatlarında polisomatizm hadisəsi, mineralların çevrilməsinin istiqamətliliyi istiqamətində tədqiqat aparıb. O, 220-dən çox elmi məqalənin, 3 monoqrafiyanın, 5 dərsliyin müəllifidir.
Alim pedaqoji-akademik fəaliyyəti dövründə 7 elmlər namizədi yetişdirib.
Son xəbərlər
Son Xəbərlər