BDU-nun komandası “Microsoft Imagine Cup” müsabiqəsinin- - Finalında

bdu-nun-komandasi-microsoft-imagine-cup-musabiqesinin-
Oxunma sayı: 733


"Qafqazinfo"ya daxil olan məlumata görə, “Imagine Cup” müsabiqəsi innovativ texnologiyalar sahəsindəki yerli istedadların müəyyən edilməsində mühüm rol oynayır. Yarımfinal mərhələsinin qaliblərindən biri Bakı Dövlət Universitetinin “NoObs” komandası olub. Müsabiqənin ümumdünya finalı bu ilin iyul ayının 27-31-də Sietldə (ABŞ) keçiriləcək və Azərbaycanı sözügedən müsabiqədə BDU-nun “NoObs” komandası təmsil edəcək. Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi komandanın üzvləri Ülviyyə Rüstəmova, Fidan Rüstəmova, Arif Mövsümzadə və Nizami İsmayılova müvafiq sertifikatlar təqdim edib. 

Qeyd edək ki, ümumdünya onlayn-yarımfinalda Azərbaycanı 3 komanda təmsil edib və onlardan yalnız biri – “NoObs” komandası “İnnovasiyalar” nominasiyasında qalib gəlib ki, komanda elə bu nominasiyada Azərbaycanı Sietldə keçiriləcək ümumdünya finalında təmsil edəcək. Bundan başqa, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qərara alıb ki, İKT-nin İnkişafı Fondu tərəfindən komandanın gələcək fəaliyyəti üçün qrant ayrılsın.