“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gün K.Əsədov məhkəmənin qərarı ilə sərbəst buraxılıb.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Kamran Əsədov Bakı şəhər sakinini Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul etdirməyi vəd edərək ondan 3000 manat pul tələb edib və cinayət başında yaxalanaraq haqqında Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi açılmışdı.
***
K.Əsədovun vəkili Qanqa İbrahimov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün Nərimanov rayon məhkəməsində keçirilən iclasda Kamran Əsədov haqda qərar 3500 manat cərimə olunması və əmək-islah işlərinə cəlb etmə olub, ittiham olunan müəllim məhkəmə zalından azadlığa buraxılıb. Həmçinin, sabiq müəllimin başqa ölkəyə getməsi qadağan olunub.
Prokuror K.Əsədovun 5 il azadlıqdan məhrum etməsini istəyib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər