BDU-nun müəllimi vəfat etdi

bdu-nun-muellimi-vefat-etdi
Oxunma sayı: 4703

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Kimyanın tədrisi metodikası kafedrasının müəllimi Məmmədov Nabir Vəli oğlu vəfat edib. 

"Qafqazinfo" xəbər verir ki, 57 yaşında dünyasını dəyişən Məmmədov Nabir 1981-ci ildə BDU-nun Kimya fakültəsinə daxil olub. 1988-ci ildən BDU–da kimya fakültəsində Qeyri-üzvi kimya kafedrasında baş laborant işləyib. 1992-1995-ci illərdə həmin kafedranın aspirantı olub.

1995-ci ildən Kimyanın tədrisi metodikası kafedrasında laboratoriya müdiri işləyib. 2003–cü ildən həmin kafedrada müəllim vəzifəsində çalışıb.