BDU-nun professoru vəfat etdi

bdu-nun-professoru-vefat-etdi
Oxunma sayı: 7233

Bakı Dövlət Universitetinin professoru Akif Quliyev 78 yaşında vəfat edib. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə universitetin məlumatında deyilir.  

Əməkdar elm xadimi Quliyev Akif Ələkbər oğlu 1942-ci il Gəncə şəhərində anadan olub. O, 1959-1964-cu illərdə BDU-nun Biologiya fakültəsində təhsil alıb, 1964-cü ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb.

2010-2019-cu illərdə Biologiya fakültəsinin dekanı vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!