“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, artıq küçənin Hüseyn cavid prospekti ilə kəsişməsindən Mətbuat prospektinin kəsişməsinədək olan 517 metrlik hissəsində asfalt-beton örtüyünün son qatı salınır. İşlərin tam olaraq sabah yekunlaşması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda texnika və canlı qüvvə səfərbər olunub. Eni 13.4 metr olan küçənin sözügedən hissəsində 2110 kvadrat metr sahə əsaslı, 4918 kvadrat metr sahə isə orta təmir olunub. 8+7 santimetr olmaqla 2110 kvadrat metr sahəyə alt asfalt qatı, ortalama 5 santimetr olmaqla 6928 kvadrat metr sahəyə isə üst asfalt qatı döşənib.
Bundan başqa ərazidə səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi qurulub, zəruri olan yerlərdə yağış barmaqlıqları yerləşdirilib, 420 paqon-metr səki daşı yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, 11 baxış qapağı dəyişdirilib.