Şirvan şəhəri Sahib Zeynalov küçəsi ev 2, mənzil 22-də qeydiyyatda olan 1991-ci il təvəllüdlü Aysel Muxtar qızı Babayeva ötən gün saat 20:18 radələrində özünü dənizə atmaq istəyərkən vətəndaşlar tərəfindən saxlanılıb.
Polisdən A. Babayevanın Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olduğu və hadisəni qayıbları və akademik borcları çox olduğuna görə etdiyi bildirilib.