BDU-nun yeni rektoru bir qrup tələbə ilə görüşüb

bdu-nun-yeni-rektoru-bir-qrup-telebe-ile-gorusub
Oxunma sayı: 4810

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov universitetin Tələbə Həmkarlar, Tələbə Gənclər Təşkilatının fəalları, eyni zamanda, müxtəlif dərnəkləri, idman və intellektual komandaları təmsil edən tələbələrlə görüşüb.

“Qafqazinfo”nun məlumatına görə, F. Qurbanov ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, bu sahədə həyata keçirilən çoxsaylı dövlət proqramlarından danışıb, vətənə, dövlətə sədaqətlə xidmətin və milli-mənəvi dəyərlərə hörmətin önəmini xüsusi vurğulayıb.

Müasir dövrdə gənclərin qarşısında duran vəzifələrdən, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışan Firudin Qurbanov tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətə davamlı olmaları üçün bilik, bacarıq və müvafiq vərdişlərin daim inkişaf etdirməli olduqlarına da diqqət çəkib. Eyni zamanda tələbələri universitet həyatında yaxından iştirak etməyə, idman, intellektual yarışlarda, mədəniyyət və incəsənət sahəsində daha fəal olmağa çağırıb.

Sonda F. Qurbanov tələbələrin suallarını cavablandırıb.