"Qafqazinfo"ya daxil olan məlumata görə, rektor Abel Məhərrəmov universitetin tarixi, beynəlxalq əlaqələri haqqında məlumat verdikdən sonra Azərbaycan-Türkiyə arasında dostluq-qardaşlıq əlaqələrindən, Türkiyə universitetləri ilə əməkdaşlıqdan, Mövlanə Mübadilə proqramından bəhs edib.
Səlcuq Universitetinin rektoru, professor Hakkı Gökbelin, öz növbəsində, rəhbərlik etdiyi universitet haqqında məlumat verib, gəlişinin məqsədindən və gələcək əməkdaşlıq perspektivlərindən danışıb.
Sonra Bakı Dövlət Universiteti ilə Səlcuq Universiteti arasında Mövlanə Mübadilə proqramı çərçivəsində Mövlanə Mübadilə protokolu imzalanıb. Protokol tələbə və professor-müəllim heyətinin mübadiləsini, ikitərəfli əməkdaşlıq məsələlərini nəzərdə tutur.
Son xəbərlər
Son Xəbərlər