BDU tələbələri beynəlxalq konfransda

bdu-telebeleri-beynelxalq-konfransda
Oxunma sayı: 836


Ələkbər Hüseynzadə “Bəzi asetofenon törəmələrinin məhlul sistemlərinin NMR metodu ilə tədqiqi”, Mircavid Ağayev isə “Bəzi alkenilfenol törəmələinin məhlul sistemlərinin NMR metodu ilə tədqiqi” mövzularında ingilis dilində məruzə ilə çıxış ediblər. Amerika, Almaniya, Kanada, Yaponiya, Niderland və dünyanın digər kimya elmi məktəblərinin təmsil olduğu bu konfransda MDB-dən Rusiya Federasiyasının və Azərbaycanın təmsil olunması həm təhsilimizin, həm də Bakı Dövlət Universitetinin uğurudur.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Kimya fakültəsinin nəzdində 2002-ci ildən beynəlxalq standartlarına cavab verən Nüvə Maqnit Rezonansı (NMR) laboratoriyası fəaliyyət göstərir. Laboratoriya yarandığı gündən müxtəlif məhlul sistemlərində baş verən dinamik proseslərin, maddə quruluşunun öyrənilməsinə aid işlər aparıb, əldə olunan nəticələr dünyanın “Magnetic Resonance in Chemistry”, “Applied Magnetic Resonance”, “Central Europian Journal of Chemistry”, “Jurnal Fiziçeskoy Ximii”, “Jurnal Orqaniçeskoy Ximii” və s. kimi nüfuzlu jurnallarında çap edilib. Laboratoriyanın rəhbəri kimya elmləri doktoru, professor İbrahim Məmmədov dəfələrlə Azərbaycanı, Bakı Dövlət Universitetini beynəlxalq tədbirlərdə təmsil edib. Fəaliyyəti dövründə laboratoriya dünyanın bir sıra aparıcı elm mərkəzləri ilə əlaqələr yarada bilib.