BDU tələbələrini təcrübəyə yolladı

bdu-telebelerini-tecrubeye-yolladi
Oxunma sayı: 1485

Bakı Dövlət Universiteti tələbələrinin istehsalat təcrübəsi başlayıb. Tələbələr təhsil aldıqları fakültələrin profilinə uyğun olan müəssisələrə göndəriliblər.

Qafqazinfo” xəbər verir ki, universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə tələbələrlə görüşərək, təcrübə prosesi ərzində uğurlu nəticələr göstərməyi tövsiyə edib və onlara uğurlar arzulayıb.

Sonra tələbələr prorektorların və fakültə dekanlarının rəhbərliyi altında təcrübə rəhbərləri ilə birlikdə avtobuslarla universitetin Qubada yerləşən Tədris, təcrübə və istirahət mərkəzinə yola salınıblar.

Qeyd edək ki, təcrübə fakültələr üzrə mərhələli şəkildə davam etdiriləcək.