BDU Vyetnam üçün 404 tələbə yetişdirib

bdu-vyetnam-ucun-404-telebe-yetisdirib
Oxunma sayı: 699


"Qafqazinfo"ya daxil olan məlumata görə, qonaqları qəbul edən universitetin rektoru, akademik Abel Məhərrəmov Azərbaycan və Vyetnam arasında dostluq əlaqələrindən danışıb. 1973-2014-cü illər ərzində BDU-nun kimya, geologiya, tətbiqi-riyaziyyat, mexanika-riyaziyyat, biologiya, şərqşünaslıq, fizika, hüquqşünaslıq, beynəlxalq münasibətlər fakültələrində təhsil alan vyetnamlı məzunların sayının 404 olduğuna diqqət çəkən rektor gələcək əməkdaşlıq məsələlərini də müzakirə edib.

Xanım Le Thi Thu Ban Bakı Dövlət Universitetində olmaqdan məmnun olduğunu, bu ali məktəbin Vyetnam üçün məzunların yetişdirilməsindəki roluna görə ölkəsində yaxşı tanındığını diqqətə çatdırıb və həmin məzunların dövlətin yüksək strukturlarında təmsil olunduğunu bildirib.

Görüşdə Azərbaycan və Vyetnam universitetləri arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.