Dünya derbisi: “Qalatasaray”, yoxsa “Fənərbaxça”?

dunya-derbisi-qalatasaray-yoxsa-fenerbaxca
Oxunma sayı: 662

“Qafqazinfo”nun verdiyi məlumata görə, komandalar öz aralarında 368-ci görüşə çıxacaq. Əzəli rəqiblərin 1909-cu ildə keçirilən ilk qarşılaşmasında “cim-bom” 2:0 hesabı ilə qələbə qazanıb. Ümumi statistikaya görə, “Fənər” derbidə daha üstündür. İndiyədək 140 dəfə “sarı-qırmızılılar”ı məğlub edən “bülbüllər” bunun müqabilində 116 dəfə rəqibinə yenilib. 111 oyun heç-heçə başa çatıb.

Komandaların bugünkü oyuna aşağıdakı heyətlərlə çıxacağı gözlənilir:
“Qalatasaray”: Muslera, Hakan Balta, Uyfaluşi, Semih Kaya, Emanuel Ebu, Melo, Selçuk İnan, Ayhan Akman, Kazım Kazım, Riera, Elmander.

“Fənərbaxça”: Volkan, Zigler, Yobo, Bilika, Gökhan Gönül, Emre, Kristian, Caner, Özer, Aleks, Bienvenu.

Oyun Bakı vaxtı ilə saat 23:30-da başlanacaq.

Ceyhun Əhmədov