Dünyanın ən zəngin və ən kasıb ölkəsi məlum oldu

dunyanin-en-zengin-ve-en-kasib-olkesi-melum-oldu
Oxunma sayı: 770

Əhalisinin sayı 1,7 milyon nəfər olan zəngin karbohidrogen resurslarına malik Qətər neft və qazın qiymətinin artması sayəsində adambaşına düşən ÜDM-in səviyyəsinə görə dünyanın ən zəngin ölkəsi statusuna yiyələnib. Qətərdə adambaşına 88 min dollar ÜDM düşür. 2022-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etməyə hazırlaşan Qətər infrastrukturun qurulması üçün milyard dollarlarla dəyəri olan layihələr həyata keçirir.

Qətəri adambaşına 81 min dollar ÜDM-lə Lüksemburq təqib edir. Uzaq Şərqin texnologiya, istehsal və maliyyə nəhəngi Sinqapur 56 min 700 dollar göstərici ilə üçüncü sırada qərarlaşıb. Fars körfəzi ölkələrindən Birləşmiş Ərəb Əmirlikləri altıncı, Küveyt 15-ci pillədə yer alıb. Beşinci yerin sahibləri Norveç və Bruneydir. Yeddinci yerdə ABŞ, səkkizinci Honq Konq, doqquzuncu yerdə İsveçrə və Hollandiya gəlir.

Dünyanın 3 ən kasıb ölkəsi isə Afrikadadır. Burundidə adambaşına düşən ÜDM 400 dollar, Liberiyada 386 dollar, Konqoda 312 dollardır.
islamazeri.az