Dünyanın gözü bu oyunda

dunyanin-gozu-bu-oyunda
Oxunma sayı: 659

Qollu keçən matç “sülh”lə başa çatıb – 2:2. “Ştutqart” isə “Auqsburq”u məğlub edərək Çempionlar Liqasına vəsiqə verən 4-cü pilləyə bir qədər də yaxınlaşıb.
Turun digər oyunları bu gün keçiriləcək. Mərkəzi qarşılaşma “Siqnal İduna Park”da baş tutacaq. Çempionluğun taleyinin müəyyənləşdiriləcəyi oyun kimi qiymətləndirilən matçda “Borussiya Dortmund” “Bavariya”nı qəbul edəcək. Hazırda turnir cədvəlinin lideri olan dortmundlular ikinci pillədəki “Bavariya”nı 3 xal qabaqlayır. Oyun dünyanın 150-dən çox ölkəsində canlı yayımlanacaq.

"Herta" (Berlin) - "Frayburq" - 1:2
Qollar: Habnik, 7-avtoqol (0:1), Freis, 68 (0:2), Habnik, 81 (1:2)
"Verder" (Bremen) - "Borussiya" (Münhenqladbax) - 2:2
Qollar: Rosenberq, 18 (1:0), Hanke, 52 (1:1), 67 (1:2), Naldo, 74 (2:2)
"Augsburq" - "Ştuttqart" - 1:3
Qollar: Rafael, 5-pen (1:0), Taşçı, 24 (1:1), Harnik, 34 (1:2), İbişeviç, 84 (1:3)
"Mainz" - "Köln" - 4:0
Qollar: Polanski, 20-pen (1:0), Zidan, 31 (2:0), Müller, 37 (3:0), Salay, 54 (4:0)

11 aprel
"Hoffenhaym" - "Hamburq"
"Borussiya" (Dortmund) - "Bavariya"
"Bayer" (Leverkuzen) - "Kayzerslautern"
"Hannover" - "Volfsburq"
"Nürnberq" - "Şalke"

Ceyhun Əhmədov