Hindistanın Maharaştra əyalətində bəbir evə girərək 9 aylıq körpəni qaçırıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, vəhşi heyvan valideynləri ilə birlikdə yatan azyaşlını qaçıraraq meşəyə aparıb. Uşağın valideynləri oyandıqdan sonra polisə xəbər veriblər və aparılan araşıdrmalar zamanı evdən 1 kilometr uzaqlıqda körpənin cəsədi tapılıb.
Qeyd edək ki, indiyədək Hindistanda daha çox meymunların körpələri qaçıraraq öldürməsi faktı məlum idi.
Son xəbərlər
Son Xəbərlər