Ebru Gündəşə həyat yoldaşından hədiyyə - Fotosessiya

ebru-gundese-heyat-yoldasindan-hediyye-fotosessiya
Oxunma sayı: 656

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, sənətçi və həyat yoldaşı Rza Zərrab əl-ələ xəstəxana qapıları önündə jurnalistlərə yaxalanıblar. Onların suallarını cavablandıran müğənni “Allaha çox şükür, hər şey problemsiz ötdü, Alaramızı alıb gedirik” deyib. Övladını ilk qucağına aldığında duyğulanan E. Gündeş uşağı əmzirmək deyilən şeyin çox əcayib, o hissi dadmağın isə gözəl olduğunu söyləyib. Sənətçi bunun üçün həyat yoldaşına təşəkkür də edib: “Dünyanın ən gözəl hədiyyəsi üçün həyat yoldaşıma təşəkkür edirəm. Bizim evdə Rza bəyin sözü keçir. Qız istədi, qız oldu. Adını da o qoydu. Baxaq, bundan sonra nə tələbləri var? Allah olmayanlara nəsib etsin”.

Qızının görüntülənməsini istəmədiyi üçün körpəni evə öncədən yollayan E. Gündeş bir müddətdən sonra onu hərkəsin görəcəyini söyləyib.

Nigar Məmmədli