Ədalət Şükürovu qana bələdilər

edalet-sukurovu-qana-belediler
Oxunma sayı: 714

Müğənni özü baş verənlər haqda bunları deyib: "Ötən həftənin cümə günü yaxın dostlarımın toy məclisində mahnı oxuyarkən qonaqlardan birinin gözlənilməz hücumuna məruz qaldım. Qəfildən məni vurdular və dodağım partladı. Əlbəttə ki, mən bunu cavabsız qoymadım. Lakin ətrafdakı insanlar bizi ayırdılar. Səhəri gün həmin şəxslər məndən üzr istədilər, hadisəni sərxoş olduqları üçün törətdiklərini bildirdilər. Bununla da məsələ qapandı. İllərdir toylarda çıxış edirəm, başıma belə hadisə ilk dəfə gəlir".