Yasamalda bədbəxt hadisə baş verib.
"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, iyunun 27-də saat 11 radələrində Yasamal rayonu ərazisində Hacıqabul rayon sakini Xəyal Abdullayev ehtiyatsızlığı nəticəsində həmyerlisi Rauf Ağayevin idarə etdiyi "Ford" markalı yük avtomobilinin təkərinin altına düşüb. Xəstəxanaya yerləşdirilən X.Abdullayev orada ölüb.
Son xəbərlər
Son Xəbərlər