“Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov sosial şəbəkədə “Karabakh is Azerbaijan” kampaniyasına qoşulub.
“Qafqazinfo”nun məlumatına görə, müğənni instaqram sosial şəbəkəsində fotosunu paylaşaraq fikirlərini bölüşüb:
“Özümü həmişə dünya vətəndaşı kimi hiss etmişəm. Hər bir ölkədə özümə aid olan nələrsə tapmışam və sözgedən ölkələr mənim evim kimi olub. Tarixi köklərim azərbaycanlıdır, mən bununla fəxr edirəm. Ölkəmin hər hansı bir yerindən “müharibə” sözü eşidəndə bədənim hər santimetri ağlayır.
Biz başqa ölkə ilə savaşmırıq, məqsədimiz digər millətləri alçatmaq deyil. Sadəcə olaraq bizə aid olan torpaqları, gözəllik və möhtəşəmliyi geri qaytarmaq istəyirik. Dünyada insanlarla birgə sülh şəraitində yaşamaq istəyirik”.

Son xəbərlər
Son Xəbərlər