“Qafqazinfo” xəbər verir ki, bunu Bakı Bələdiyyə Teatrının aktrisası Aynur Abbasova Milli.Az-a müsahibəsi zamanı deyib. Aktrisa deyib ki, o çox açıq-saçıqlığın əleyhinədir: “Şəxsən mən o səhnələrdə çəkilməkdən imtina edərəm. Amma yüngülvari açıq səhnələr olsa, çəkilməyə razılıq verərəm. Çünki mən aktrisayam, bu, mənim üçün normal qarşılanmalıdır”.
Heç dediyiniz səhnələrdə yer almısınızmı sualına aktrisa belə cavab verib: “Film olub ki, çəkilmişəm. Orada elə də açıq-saçıqlıq olmayıb. Bədənimin müəyyən hissələri görüntülənib, vəssəlam”.
Son xəbərlər
Son Xəbərlər