Türkiyənin futbol üzrə milli yığmasının baş məşqçisi Fatih Terimin qızı Buse Terim jurnalistlərə əsəbləşib.
“Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, hazırda əri ilə istirahət edən Buse bəzi qəzetlərdə yer alan “Buse Terimin çəkisi artıb” xəbərlərə və sosial mediada yazılan mənfi rəylərə instaqramda cavab verib:
“Şükür ki, sağlığım və rahatlığım yerindədir. Mənə ünvanlanan tənqidləri və onları yazanları Allaha tapşırırram. Mən insanam, istədiyim zaman çəkim arta bilər, istədiyimdə isə bu çəkidən azad ola bilərəm. Bu məndən başqa heç bir kəsi maraqlandırmasın. Mən model deyiləm, bədənimlə pul qazanmıram. Mən heç kəsə hesabat vermirəm”.
Qeyd edək ki, Buse Terim bu il may ayının 21-də biznesmen Volkan Bahçeliylə ailə həyatı qurub.
Son xəbərlər
Son Xəbərlər