Bədii gimnastika üzrə Avropa çempionatı Bakıda keçiriləcək

bedii-gimnastika-uzre-avropa-cempionati-bakida-kecirilecek
Oxunma sayı: 1766

2023-cü ildə Moskvada keçirilməsi nəzərdə tutulan bədii gimnastika üzrə Avropa çempionatı Bakıda baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Gimnastika İttifaqının (EGU) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Avropa çempionatı 2023-cü il 17-21 may Bakıda təşkil olunacaq.

Qeyd edək ki, Ukraynada baş verən hadisələrlə əlaqədar Beynəlxalq Gimnastika Federasiyası (FIG) Rusiya və Belarusun qurumun himayəsi altında keçirilən yarışlarda iştirakına qadağa qoyub.