“Bütün bədxassəli şişlərin 35-40%-i düzgün olmayan qidalanma tərzindən yaranır”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.
O qeyd edib ki, düzgün qidalanma bir çox xəstəliklərin qarşısını alır: “Xərçəng xəstəliyinin əmələ gəlməsində əsas faktor kimi qidalanma mühüm yer tutur. Bu bir həqiqətdir ki, xəstələrdə pəhriz, düzgün qidalanma müalicənin bir hissəsi kimi tətbiq olunur”.
Zaur Mirzə
Son xəbərlər
Son Xəbərlər