BƏƏ-də 36 mərtəbəli binada güclü yanğın - Video

bee-de-36-mertebeli-binada-guclu-yangin
Oxunma sayı: 3269

Birləşmiş Ərəb Əmirliklərinin Acman şəhər-əmirliyində yerləşən “Abraj-Ajman”kompleksindəki 36 mərtəbəli yaşayış binasında yanğın olub.

“Qafqazinfo” “Ajman News”a istinadən xəbər verir ki, alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Çoxmərtəbəli binanın bir tərəfi tamamilə yanıb.

Ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd olunur ki, 2016-cı ildə də bu kompleksdə güclü yanğın baş verib.