BƏƏ-də qəlyan çəkmək qadağan edildi

bee-de-qelyan-cekmek-qadagan-edildi
Oxunma sayı: 2986

Birləşmiş Ərəb Əmirlikləri hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkədə qəlyan çəkməyə qadağa qoyub.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Bildirilir ki, kafe və restoranlarda, o cümlədən otellərdə profilaktik səbəblərdən və ehtiyat tədbirləri çərçivəsində qəlyandan istifadə qadağan edilib.

Qeyd edək ki, son məlumatlara görə, BƏƏ-də 74 yoluxma hadisəsi qeydə alınıb.