Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) saxlanılan Qətər Əmirliyi ailəsinə mənsub Şeyx Abdullah bin Əli əl-Sani intihar edəcəyini bildirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, Əbu-Dabinin vəliəhdi, şahzadə Məhəmməd bin Zayedin təzyiqlərinə görə özünü öldürmək istədiyini söyləyib.
Əl-Sani, ölkəsinə dönməyə icazə verilmədiyi üçün qızının da eyni fikirdə olduğunu deyib.
Qeyd edək ki, Şeyx və qızı Küveytə uçmağa hazırlaşarkən Əbu-Dabi hava limanında saxlanılmışdı.
Son xəbərlər
Son Xəbərlər