Birləşmiş Ərəb Əmirliklərinin Şarja əmirliyinin Əl Nahda rayonunda hündürmərtəbəli yaşayış binası yanır.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin Mülki Müdafiə Baş İdarəsi məlumat yayıb. Bildirilir ki, yanğın başlayan kimi sakinlər binadan təxliyyə olunublar. Təxminən 250 ailə binadan çıxarılıb.
Alovun qarşısının alınması üçün bir neçə yanğınsöndürən briqadası cəlb olunub. Xilasedicilər mərtəbələri yoxlamaq üçün dronlardan istifadə edirlər.
Hadisə zamanı ölən və yaralanın olub-olmadığı hələlik bilinmir. Yanğının restoranların birində başladığı ehtimal olunur.
**
Yanğınsöndürənlər BƏƏ-nin Şarja əmirliyində 49 mərtəbəli yaşayış binasında yanğını nəzarət altına alıblar. “Qafqazinfo” bildirir ki, bu barədə Şarja hökumətinin məlumat mərkəzi Tvitter sosial şəbəkəsində xəbər verib.
"Mülki Müdafiə Xidmətinin briqadaları Əl Nahda rayonunda hündürmərtəbəli qalada baş vermiş yanğını nəzarətə götürə biliblər. Yanğının yaxınlıqdakı binalara keçməsinin qarşısı alınıb, bütün sakinlər xilas edilib, yeddi nəfər dəm qazından yüngül zəhərlənib”, - hökumətin məlumatında deyilir.
Mülki Müdafiə Xidmətindən bildirilib ki, yanğınsöndürənlər yuxarı mərtəbələrdəki mənzillərdə insanların olub-olmadığını öyrənmək üçün dronlardan istifadə ediblər. Xidmətin məlumatına görə, yanğının söndürülməsində əmirliyin və BƏƏ-nin altı idarəsinin əməkdaşları iştirak ediblər.
Son xəbərlər
Son Xəbərlər