BƏƏ əhali sayına görə ən çox vaksin vurulan ölkədir

BƏƏ əhali sayına görə ən çox vaksin vurulan ölkədir
Oxunma sayı: 1061

Dünya miqyasında koronavirusa qarşı vurulan vaksinlərin sayı 2 milyard 790 milyonu ötüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ourworldindata.org” məlumat yayıb.

Çin 1 milyard 100 milyon doz vaksinlə siyahıda birincidir.

Çini 319 milyon 870 min ilə ABŞ, 301 milyon 626 min ilə Hindistan, 91 milyon 590 min ilə Braziliya, 75 milyon 190 min ilə İngiltərə, 69 milyon 520 min ilə Almaniya, 48 milyon 990 min ilə Fransa, 47 milyon 720 min ilə İtaliya, 45 milyon 88 min ilə Türkiyə, 41 milyon 370 min ilə Meksika, 37 milyon 560 min ilə İspaniya, 37 milyon ilə İndoneziya, 36 milyon 40 min ilə Rusiya, 35 milyon 790 min ilə Yaponiya, 33 milyon 590 min ilə Kanada, 27 milyon 470 min ilə Polşa və 21 milyon 730 min ilə Çili izləyib.

Əhali sayına nəzərən ən çox vaksin vurulan ölkə Birləşmiş Ərəb Əmirlikləri olub.

Bu ölkədə hər 100 nəfərə 148,99 doz vaksin tətbiq olunub.

BƏƏ daxil olmaqla, 12 ölkədə tətbiq olunan doz sayı əhali sayını ötüb. Hər 100 nəfərə Maltada 144,05, Seyşeldə 140, San Marinoda 130,76, İsraildə 123,29, Bəhreyndə 116.29, Çilidə 113,68, Monqolustanda 111,19, İngiltərədə 110,76, İslandiyada 107,86, Uruqvayda 105,38 və Qətərdə 101,56 doz vaksin vurulub.