BƏƏ İsrail vətəndaşları üçün vizanı ləğv etdi

BƏƏ İsrail vətəndaşları üçün vizanı ləğv etdi
Oxunma sayı: 376

BƏƏ İsrail vətəndaşları üçün viza azadlığı verdiyini açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, artıq viza azadlığı müqaviləsi təsdiq edilib.

Açıqlamada müqavilənin 30 gün ərzində qüvvəyə minəcəyi və İsrail vətəndaşlarının BƏƏ-yə vizasız gedə biləcəyi bildirilib. Razılaşmanın qüvvəyə minməsi ilə BƏƏ vətəndaşları İsrailə vizasız girə bilən ilk ərəb ölkəsi olub.

Qeyd edək ki, İsrail BƏƏ və Bəhreynlə münasibətləri normallaşdırmaq üçün sentyabrın 15-də  Ağ Evdə müqavilə imzalamışdı.