BƏƏ klubu Riçard Almeydanı göndərəcək

bee-klubu-ricard-almeydani-gonderecek
Oxunma sayı: 1331

Azərbaycan millisinin üzvü Riçard Almeyda Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubundan ayrıla bilər.

“Qafqazinfo” yerli mətbuata istinadən xəbər verir ki, klub, yarımmüdafiəçi ilə yeni müqavilə imzalamayacaq. “Baniyas” Almeyda ilə yanaşı, daha iki futbolçu – Ze Roberto və Luis Antonio ilə də yollarını ayıracaq.

Qış transfer dövründə “Qarabağ”dan ayrılaraq, “Baniyas”a keçən Almeydanın klubla müqaviləsi iyunun sonunda başa çatır.