Əfran iki qol vursa da, “Qarabağ” uduzdu

efran-iki-qol-vursa-da-qarabag-uduzdu
Oxunma sayı: 669

Bu görüş hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyırdı. Çünki qalib tərəf lider “Xəzər Lənkəran”a yaxşınlaşacağı halda, məğlub olan komanda vəziyyətini bir qədər çətinləşdirəcək.

Oyuna Ağdam təmsilçisi yaxşı başlayıb. Matçın 27 dəqiqəsi ərzində rəqibini iki dəfə məyus edən "Qarabağ" futbolçuları fasiləyə 2:1 hesabı ilə üstün yollanıblar. Lakin ikinci hissədə iki qol vuran "Neftçi" görüşdən qalib ayrılıb - 3:2.

Bu qələbədən sonra xalını 19-a yüksəldən paytaxt təmsilçisi turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Qarabağ" isə 17 xalla turnir cədvəlinin dördüncü pilləsinə enib.



25 oktyabr (çərşənbə axşamı)

Premyer Liqanın I turundan təxirə salınmış oyunu


15:00. “Neftçi” – “Qarabağ” - 3:2
Qollar: Əfran İsmayılov, 4 (0:1), 23 (0:2), Rəşad Abdullayev, 27 (1:2), Admir Teli, 68-avtoqol (2:2), Flavinyo, 72 (3:2)
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, İlham Əliyev, Əliyar Ağayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Xaqani Məmmədov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.