Əfran İsmayılov “Neftçi”yə transferlə bağlı açıqlama verdi

efran-ismayilov-neftciye-transferle-bagli-aciqlama-verdi
Oxunma sayı: 641

İsmayılov “Qafqazinfo”ya açıqlamasında yayılan xəbərlərin həqiqətəuyğun olmadığını bildirib: “Bu söhbət mətbuatda şişirdilib. Əslində, mən “Neftçi”dən konkret təklif aldığımı deməmişəm. Mən dedim ki, məni bir çox klublar, o cümlədən “Neftçi” heyətində görmək istəyir. Lakin özümə bu barədə real təklif etməyiblər. Mətbuatda fikrim düzgün anlaşılmayıb. “Qarabağ”la müqaviləmin bitməyinə 1 il var və bu müddət bitməmiş heç yerə gedən deyiləm”.

Qeyd edək ki, Əfran İsmayılovun “Neftçi”dən rəsmi təklif alması ilə bağlı xəbərlər yayılmışdı. Yarımmüdafiəçinin müqaviləsinin bitməsinə 1 il qaldığından, bu, qanuna ziddir. Qaydalara görə, futbolçunun klubla müqaviləsinin bitməsinə 6 aydan çox müddət qalıbsa, transfer təklifi futbolçuya yox, birbaşa onun klubuna göndərilməlidir.

Ceyhun Əhmədov