“Əfv ərizəsi yazmamışam” - yalandır

efv-erizesi-yazmamisam-yalandir-
Oxunma sayı: 687

“Cabbar savadlı və tərbiyəli gəncdir. Penitensiar xidmətdən mənə məlum olduğuna görə, Cabbar iki dəfə əfv ərizəsi ilə müraciət edib. Çox düz də edib. O, prezidentin adına ilk ərizəsini 10 avqust 2011-ci ildə ünvanlayıb”.

Məsələyə münasibət bildirən Cabbar Savalanlı deyir ki, o, əfv ərizəsi yazmayıb: “Mənə bir dəfə müraciət olundu ki, əfv yazım. Ancaq imtina elədim. Çünki heç bir günahım yox idi. Siyasi sifarişlə şərlənərək həbs olunmuşam. Keçmiş cəbhəçi olan bir insanın sonradan əqidəsindən dönüb mübarizə aparan insanlara belə şər-böhtan atmasına təəccüblənmirəm. Mənə bu böhtanı atan insan da əfv komissiyasının üzvüdür. Belə bir iyrənc əməlləriylə hökumət hər vəchlə yarınmaq istəyir. Mənim özünə hüquq müdafiəçisi deyən adama belə bir məsləhətim var - əqidəni satmısansa, heç olmasa sus”.

Cabbar Savalanlı Çingiz Qənizadə adlı hüquq müdafiəçisinin tanımadığını deyir: “Əgər o hüquq müdafiəçisi olsaydı mən və digər vicdan məhbuslarını cəzaçəkmə müəssisələrində ziyarət edərdi. O, hüquq müdafiəçisi yox, hökumətin sifarişiylə hərəkət edən hüquq hücumçusudur. Əgər belə bir ərizə olsaydı hakimiyyətin nəzarətində olan KIV-lərdə surəti çoxdan çap olunardı. Bir daha təkrar edirəm ki, əfv ərizəsi yazmamışam, heç bunu ağlımdan da keçirməmişəm. Bu, ”hüquq müdafiəçisi"nin növbəti yarınmağıdır. Belələrinni nə deməsi məni heç ilgiləndirməz, yəqin ona bu cür danışmağı tapşırıblar".

Azadlıq.info