“Əgər Cabbar başınadan böyük danışmaqda davam edəcəksə...”

eger-cabbar-basinadan-boyuk-danismaqda-davam-edecekse
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, bunu Telearaf.az –a açıqlamasında Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib. C.Savalanlının əfv ərizəsi yazmadığına dair açıqlamasına münasibət bildirən hüquq müdafiəçisinin sözlərinə görə, həmin əfv ərizəsini çoxları görüb: “Mən çayxana söhbətlərini mətbuata açıqlamaram. Bildiyimi və gördüyümü danışıram. Cabbar Savalanlının ərizəsini Penitensiar Xidmətin rəhbərliyi də görüb. Mən başa düşə bilmirəm ki, nədən bu adamlar əfv ərizəsi yazmağı qəbahət hesab edirlər. Dəflərlə olub ki, kimsə məhbəsdən çıxandan sonra özünü qəhrəman kimi təqdim etməyə çalışıb. Görünür bu oğıan da belə üsullardan istifadə edir. Əgər o başınadan böyük danışmaqda davam edəcəksə, mən onun ərizəsini mətbuatda dərc etdirməyə çalışacam. Onun təhsilini davam etməsi üçün gərək olan köməkliyi göstərməyə da hazır idim. Lakin belə görünür ki, bu məsələdən də imtina etməli olacağıq. Adama deyərlər ki, sən əfv ərizəsi yazsan da kimsən, yazmasan da kim?”.
C.Savalanlının azadlığa çıxması üçün çox çalışdığını deyən deputat, keçmiş məhbusun “O mənim yanıma gəlməyim” deməsinə də münasibət bildirib: “Hüquq müdafiəçilərinin borcu deyil ki, gecə-gündüz məhbusların yanında olsunlar. Novella Cəfəroğlu, Səadət xanım və digərləri təsdiq edər ki, biz hansı səviyyələrdə bağlı qapılar arxasında keçirdiyimiz görüşlərdə Cabbar Savalanlının azadlığa buraxılmasını xahiş etmişik”.
Hüquq müdafiəçisi C.Savalanlının kimlərinsə təsiri altında olduğunu və açıqlamalarını məhz bu təsirlər altında verdiyinidə istisna etmədiyini deyib.