Behbudovun erməni ilə çəkdirdiyi şəkil...

behbudovun-ermeni-ile-cekdirdiyi-sekil-
Oxunma sayı: 2149


“Qafqazinfo” xəbər verir ki, ünvanına səslənən tənqidlərə cavab verən Elçin Behbudov “Azadlıq”a açıqlamasında addımını belə əsaslandırıb: “Bəlli olduğu kimi, hazırda erməni əsirliyində bizim də vətəndaşlarımız var. Konkret olaraq, Kəlbəcərdəki ata-baba yurdunu ziyarət etməyə gedərkən girov götürülən Dəlqəm Əsgərov və Şahbaz Quliyevi götürək. Girovluqda onlara necə işgəncə verildiyi hamıya məlumdur. Girovlarımızın başına torba keçirilib sürüdülməsi və insanlığa sığmayan digər hərəkətləri hamımız internetdə yayılan videolardan izləmişik. Mən isə görüşdən o fotonu paylaşmaqla göstərdim ki, baxın, ermənilər bizim vətəndaşlarımıza necə işgəncə verir, biz onların vətəndaşı ilə necə davranırıq. Yəni, aramızdakı fərq budur. Təəssüf ki, bəziləri mənim addımımı düzgün başa düşməyib”.

Xatırladaq ki, Andranik Qriqoryan martın 22-də xidmət etdiyi hərbi hissəni tərk edərək Azərbaycan tərəfə keçib.