Bəhram Bağırzadədən məmurun motosikletçini döyməsinə ironik yanaşma - Video

behram-bagirzadeden-memurun-motosikletcini-doymesine-ironik-yanasma
Oxunma sayı: 9999

Əməkdar artist Bəhram Bağırzadə Bakıda motosikletçini döyən məmurla bağlı ironik paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, tanınmış aktyorun sosial şəbəkə hesabında paylaşdığı videosu qısa zaman ərzində çox sayda bəyənmə və şərh toplayıb.

Xəbəri rus dilində oxuyun: AzTV подготовило интересный фильм о Сирии - Видео

Гонка в Баку станет ещё интереснее - Ариф Рагимов

Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda “Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsü olan məmur Sultan Dadaşovun motosiklet sürücüsünü vurmasını və təhqir etməsini əks etdirən görüntülər yayılıb. Görüntülərdə “Lexus”un sürücüsü avtomobillə motosiklet sürücüsünün ayağının üstündən keçdiyi görünür. Daha sonra maşından düşərək ona hücum edir və nalayiq sözlər işlədir. Bundan sonra S. Dadaşovun həbs olunduğu deyilsə də, Daxili İşlər Nazirliyi bunu təkzib etmişdi.

Həmin videonu təqdim edirik: