Bir neçə il əvvəl hakimlik fəaliyyətinə xitam verilən Bəhram Şükürov vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, böyrək çatışmazlığından əziyyət çəkən keçmiş hakim Bakıda dünyasını dəyişib.
Qeyd edək ki, Bəhram Şükürov Apellyasiya Məhkəməsinin ilk hakimlərindən olub. O daha sonra bir sıra rayonlarda hakim kimi fəaliyyət göstərib. Lakin sonradan Məhkəmə-Hüquq Şurası tərəfindən səlahiyyətlərinə xitam verilib.
Son xəbərlər
Son Xəbərlər