Bəhreyn İranla hava əlaqəsini kəsdi

behreyn-iranla-hava-elaqesini-kesdi
Oxunma sayı: 1177

Bəhreyn İranla hava əlaqəsini dayandırdığını elan edib.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Bəhreyn televiziyası məlumat yayıb.

Qeyd edək ki, yanvarın 4-də Bəhreyn İranla diplomatik əlaqələri kəsib.

Bundan öncə Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.

Onu da əlavə edək ki, Bəhreyn İranla diplomatik əlaqələri kəsdiyini bəyan etdikdən sonra Birləşmiş Ərəb Əmirlikləri Tehranla diplomatik təmsilçilik səviyyəsini aşağı saldığını açıqlayıb.