Bəhreyn İraqdakı səfirini geri çağırdı

behreyn-iraqdaki-sefirini-geri-cagirdi
Oxunma sayı: 735

Bəhreyn Xarici İşlər Nazirliyi İraqdakı səfirini Salah əl-Malikini geri çağırıb.

“Qafqazinfo”  "Bahrain News Agency" agentliyinə istinadən xəbər verir ki, buna səbəb Bağdadda Bəhreyn Krallığında edilən hücum olub.

Məlumata görə, hücumdan sonra səfir Salah əl-Malikinin məsləhətləşmə aparılması üçün geri çağırılması qərara alınıb.

Səfirliyə ABŞ tərəfindən təşkil olunmuş Fələstin məsələsi üzrə görüşdən narazılıq edənlərin hücum etdiyi bildirilir.