Bəhreyn Səudiyyə Ərəbistanı ilə birləşir

behreyn-seudiyye-erebistani-ile-birlesir
Oxunma sayı: 712

“Azerimuslims.com” “Röyters” informasiya agentliyinə istinadən bildirir ki, Səudiyyə Ərəbistanı və Bəhreyn krallıqları ölkələrin birləşdirilməsinə dair razılığa gəliblər. Agentliyə açıqlama verən Bəhreynin dövlət nazirlərindən Samira Rəcəb iki və ya üç dövlətin bir sıra vacib məsələlərdə eyni mövqedən çıxış etməsi xüsusunda bəyənatla çıxış edəcəklərini deyib.

Rəcəb sözügedən ölkələrdən ikisinin Səudiyyə Ərəbistanı və Bəhreyn olduğunu desə də, üçüncü ölkənin adını açıqlamaqdan imtina edib. Əməkdaşlıq kimi xarakterizə etdiyi məsələyə aydınlıq gətirən nazir sözügedən ölkələrin BMT-nin üzvü olaraq qalacağını və öz müstəqilliyini qoruyacağını, bununla yanaşı, xarici siyasət, təhlükəsizlik, müdafiə və iqtisadi baxımdan birgə qərarlar qəbul edəcəyini bildirib.

Xatırladaq ki, Bəhreynin Baş naziri Xəlifə ibn Salman əl-Xəlifə də dünənki açıqlamasında region əhalisinin ən böyük arzusunun sərhədləri aradan qaldırılması və körfəzdə vahid strukturun formalaşdırılması olduğunu demişdi.