Bəhreyn indiyə qədər ölkənin ən böyük neft sahəsini tapdığını açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Bəhreyn hökumətinin rəsmi açıqlamasında bildirilir ki, ölkədəki neft sahələrindən daha böyük ehtiyata sahib yüngül qaya nefti və çox miqdarda qaz tapılıb.
Yeni neft sahəsinin Bəhreynin rəqabət qabiliyyətini dəstəkləyəcəyi qeyd edilir.
Qeyd edək ki, Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında ən az neft ehtiyatına sahib ölkə olan Bəhreyndə gündəlik təxminən 45 min 200 min barrel arası xam neft hasil edilir.
Son xəbərlər
Son Xəbərlər