Bəhruz Bayramov hədələndiyini deyir

behruz-bayramov-hedelendiyini-deyir
Oxunma sayı: 7997

Bu gün vəkil Bəhruz Bayramovu naməlum şəxs hədələyib.

"Qafqazinfo" xəbər verir ki, vəkil bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, bu gün küçədə saqqallı bir gənc ona yaxınlaşaraq bu sözləri deyib:

"Ağıllı ol, yoxsa səni məhv edərəm".

Vəkilin sözlərinə görə, həmin şəxs sonra "Prado" markalı maşına minərək hadisə yerindən uzaqlaşıb.

Həmçinin oxuyun: Армяне обозвали Коротченко "фашистом" из-за азербайджанского сока

Vəkil "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hadisə Memar Əcəmi metrostansiyasının yaxınlığında baş verib. Vəkilin iddiasına görə, ərazidə insan alveri ilə məşğul olunur: 

"Dəfələrlə onlara insan alverinə görə irad bildirmişdim".

B. Bayramov polisə isə hələ ki, müraciət etmədiyini bildirib.