“Əl-Qaidə” liderinin qardaşı öldürdü

el-qaide-liderinin-qardasi-oldurdu
Oxunma sayı: 674

“Qafqazinfo”nun məlumatına görə, xəbəri yerli hakimiyyət orqanlarına istinadən “Reuters” agentliyi yayıb.

Agnetlik xəbər verir ki, əl-Dahab ailə iqamətgahında olarkən qardaşı ilə arasında mübahisə yaranıb, sonradan bu mübahisə vuruşmağa dönüb və nəticədə terrorçu qardaşı tərəfindən öldürülüb.

Tarik əl-Dahab Yəmən hakimiyyətinə qarşı keçirilmiş əməliyyatlara rəhbərlik edib. Yanvar ayında o, Radda şəhərinə keçirilən hücumun komandiri olub.

Tarik əl-Dahab Yəmən mənşəli amerkalı müsəlman Ənvər əl-Əvlakinin qohumudur. Əl-Əvlaki 2011-ci ilin sentyabrında amerikalılar tərəfindən öldürülüb.

Qeyd edək ki, Ənvər əl-Əvlaki Usame bin Ladenin ölümündən sonra “əl-Qaidə”nin ən nüfuzlu şəxslərindən olub.