Belarusun BTRC dövlət televiziyası “Avroviziya” mahnı müsabiqəsini yayımlamaqdan imtina edib.
“Qafqazinfo” xəbər verir ki, kanal Avropa Yayım Birliyinin (EBU) ölkə təmsilçisi “Galasy Zmesta” qrupunun yarışmada iştirakına icazə verməməsinə görə qisas olaraq belə bir addım atıb.
“Biz yarışmaya qatılmırıq və prinsipcə yayım barədə heç bir söhbət ola bilməz. Bu il heç bir halda müsabiqəni nümayiş etdirməyi planlaşdırmırıq”,-deyə şirkətin mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, “Galasy ZMesta”nın səsləndirdiyi mahnıda siyasi mesajlara yer verilmişdi. “Ya nauchu tebya” (Mən səni öyrədərəm) bəstəsində Prezident Aleksandr Lukaşenkoya sətiraltı dəstək göstərilərək müxalif qüvvələr tənqid olunmuşdu. Bundan sonra ölkə müsabiqədən kənarlaşdırılmışdı.
Son xəbərlər
Son Xəbərlər