Belarus bu dövlətləri özünə dost hesab etmir - Siyahı

belarus-bu-dovletleri-ozune-dost-hesab-etmir
Oxunma sayı: 7201

Belarus dost olmayan ölkələrin siyahısını təsdiqləyib.

“Qafqazinfo” “Sputnik Belarus”a istinadən xəbər verir ki, Belarus 39 dost olmayan dövlətin siyahısını müəyyənləşdirib.

“Belarusun hüquqi və fiziki şəxslərinə qarşı qeyri-dost hərəkətlər” edən ölkələrə aşağıdakılar daxildir:

27 Aİ dövləti, ABŞ, Böyük Britaniya, Kanada, Norveç, İslandiya, İsveçrə, Albaniya, Monteneqro, Şimali Makedoniya, Lixtenşteyn, Avstraliya və Yeni Zelandiya.

Qeyd edək ki, martın 7-də Rusiya özünə dost olmayan 46 dövlətin siyahısını təsdiqləyib.