Belarusda etirazlar zamanı ordudan istifadə oluna bilər.
“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Lukaşenkonun sözlərinə görə, ötən il baş verən hadisələr kimin kim olduğunu göstərib.
A.Lukaşenko əlavə edib ki, bu zaman Rusiya Prezidenti Vladimir Putin kömək təklif edib.
Lakin Belarus Prezidenti özünün bu məsələnin öhdəsindən gələ biləcəyini bildirsə də, 1000 nəfərdən ibarət dəstənin ehtiyat olaraq yaradılmasını xahiş edib.
Son xəbərlər
Son Xəbərlər