“Belarus heç vaxt indiki kimi qorxulu vəziyyətdə olmayıb”

belarus-hec-vaxt-indiki-kimi-qorxulu-veziyyetde-olmayib
Oxunma sayı: 2408

“Bütün suverenlik illəri ərzində Belarus indiki kimi qorxulu vəziyyətdə olmayıb”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Sergey Aleynik bildirib.

Aleynik vurğulayıb ki, respublika ətrafında yaranmış vəziyyətə baxmayaraq, Belarus müstəsna sülhsevər ölkədir.

“Belarus nə qonşuları, nə də digər ölkələr üçün problem yaratmayıb. Bizim öz torpağımız kifayət qədərdir, heç kimə hücum etmək fikrində deyilik”, - deyə nazir bildirib.